RU
Yeni icra başçısı iki şöbə müdirini işdən çıxardı
11:40
363

Yeni icra başçısı iki şöbə müdirini işdən çıxardı

Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov iki şöbə müdirini işdən çıxarıb.


F.Qürbətovun əmri ilə, Biləsuvar RİH-nin ərazi idarəetmə  və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zakir Şahbazov və hüquq şöbəsinin müdiri Şahin İsgəndərov tutduqları vəzifədən azad olunublar.

Hələlik onların yerinə təyinat yoxdur.

Qeyd edək ki, hər iki vəzifəli şəxs Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həbs etdiyi Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev tərəfindən sözügedən vəzifələrə təyin olunmuşdular. /Unikal.org

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ