RU
“Yetenek Sizsiniz”ə qatılan iştirakçımıza aeroportda qadağa qoyuldu
10:46
567

“Yetenek Sizsiniz”ə qatılan iştirakçımıza aeroportda qadağa qoyuldu

Türkiyənin məşhur “Yetenek Sizsiniz” müsabiqəsinə qatılan azərbaycanlı sehrbaz Rasim İsgəndərli hava limanında yaşadığı problemlə diqqət çəkib.

Münsiflər heyəti Rasimin performansını bəyənsə də, nələrinsə əksik olduğunu bildirib. Bu zaman həmyerlimiz əslində şousunun bu olmadığını, göyərçinlərin Azərbaycanın hava limanından buraxılmadığını bildirib:

“Hazırladığım proqram 5-6 göyərçinlə idi. Qadağan olduğunu deyərək gömrükdən buraxmadılar”.

Bu əsnada münsif Ali Taran “deməli, oradan göyərçin alıb gəlsək, qoymayacaqlar”-deyə zarafat edib.

Sehrbaz münsiflər heyətindən aldığı 1 hə, 2 yox cavabı ilə müsabiqədə iştirakını dayandırıb. /qafqazinfo

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ