RU
Yol polisindən yollarla bağlı XƏBƏRDARLIQ
13:15
410

Yol polisindən yollarla bağlı XƏBƏRDARLIQ

Yanvarın 28-də yağan intensiv qar ölkənin bəzi yollarında hərəkəti çətinləşdirib.

7news.Az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, hazırda bir çox bölgələrdə qar yağmaqda davam edir.

Bununla belə bütün magistral yollar avto-nəqliyyat vasitələrinin hərəkəti üçün açıqdır. Lakin Bakı-Şamaxı yolunun bir çox hissələrində, eləcə də Ağsu dolaylarında sürüşkənlik qalmaqdadır. Sürücülərə bu yollarla qış təchizat vasitələri olmadan hərəkət etmək tövsiyyə olunmur.

Qeyd edək ki, yanvarın 28-də ölkə yollarında baş vermiş qəzalarda 2 nəfər ölüb, 14 nəfər isə yaralanıb.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ