7NEWS.az xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyanın şimalında tərk edilmiş yük maşınının arxa hissəsində 18 miqrantın cəsədi tapılıb. Mühacirlərin Əfqanıstandan olduğu bildirilərkən, hadisə ilə bağlı 6 nəfər saxlanılıb. Hadisə Bolqarıstanın paytaxtı Sofiyanın şimalındakı Lokorsko şəhərində baş verib. Bölgədə tərk edilmiş yük maşınının arxasında 18 immiqrantın cəsədi tapılıb. Digər tərəfdən, qəsəbə ətrafında gizlənən 34 immiqrant tutuldu. Bolqarıstan mətbuatı mühacirlərin Əfqanıstandan olduğunu və hadisə ilə bağlı 6 nəfərin saxlanıldığını bildirib. Polisin araşdırmasının davam etdiyi, yaxın günlərdə saxlanılanların sayının arta biləcəyi bildirilib.
7NEWS.az








