Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, regiondakı hərbi-siyasi durum və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
7news.Az








