7NEWS.az xəbər verir ki, Türkiyənin Lusaka səfiri İsti Cırcıroğlu Anadolu agentliyinə açıqlamasında "Zambiyadakı müsəlman icması zəlzələdən zərər çəkmiş türklərə yardım üçün 100 min dollar toplayıb" deyib. Cırcıroğlu bu ianələrlə ehtiyac siyahısına uyğun tibbi avadanlıqların alınaraq Cənubi Afrika Respublikası üzərindən Türk Hava Yolları (THY) vasitəsilə Türkiyəyə göndəriləcəyini bildirib. Təxminən 19,5 milyon əhalisi olan müsəlmanlar ümumi əhalinin 1 faizindən də azını təşkil edir.
7NEWS.az








