RU
lombard
Zaqatalada ana və iki övladı dəm qazından zəhərlənib, 9 yaşlı qız ölüb
20:10
493

Zaqatalada ana və iki övladı dəm qazından zəhərlənib, 9 yaşlı qız ölüb

Zaqatalada bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

7NEWS.Az-ın məlumatına görə, hadisə günorta saatlarında Zaqatala şəhəri, Nizami küçəsi 88 ünvanında baş verib. İlkin məlumata görə, həmin ünvanda kirayədə yaşayan rayonun Suvagil kənd sakinləri olan 1988-ci il təvəllüdlü Lena Ramazan qızı Kərimova, onun iki övladı - 2010-cu il təvəllüdlü Polad Eldəniz oğlu Məmmədov və 2012-ci il təvəllüdlü Aylin Eldəniz qızı Məmmədova dəm qazından zəhərlənib. Zəhərlənənlərdən 9 yaşlı Aylin Məmmədova hadisə yerində ölüb. L. Kərimova və 12 yaşlı P. Məmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
 
7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ