RU
Zaur Baxşəliyev oxuduğu məktəbin görüntülərini paylaşdı - FOTO/VİDEO
16:50
1123

Zaur Baxşəliyev oxuduğu məktəbin görüntülərini paylaşdı - FOTO/VİDEO

Aparıcı Zaur Baxşəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.

Ailəsi ilə birlikdə bölgələrə istirahətə yollanan Baxşəliyev 1992-ci ildə təhsil aldığı orta məktəbə də baş çəkib.

O, qızı Dilavər və həyat yoldaşı Günayla Tərtər rayonunda yerləşən keçmiş təhsil ocağını qarış-qarış gəzib. Aparıcı azyaşlı qızı Dilavərə məktəb vaxtı yaşadığı xatirələrdən danışıb. Baxşəliyev 11 illik tədrisinin 8 ilini bu məktəbdə keçirdiyini bildirib.

Zaur sözügedən görüntüləri sosial şəbəkədə yayımlayıb. Baxşəliyev paylaşımına "Bu gün Dilavəri 1992 ci ildə oxuduğum məktəbə apardım. İstədim ki, heç nəyin asanlıqla əldə edilmədiyinin şahidi olsun. Hərdən məktəb, dərs adı gələndə tənbəllik etməsin, bizim hansı şəraitdə oxumağımızın şahidi olsun.

Ümid edirəm indi dərindən dərk etməsə də, zamanı gələndə bu kadrlara baxıb nə demək istədiyimi anlayacaq” sözlərini də əalvəe dib.

Zaurun izləyiciləri ilə bölüşdüyü bu videosuna 76 mindən çox "like” gəlib, xeyli şərh yazılıb.

Qeyd edək ki, hazırda dağıntılara məruz qalan məktəb binasının başqa ərazidə yenisi inşa olunub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ