RU
Zelenski NATO sammitində videobağlantı vasitəsilə iştirak edəcək
22:50
344

Zelenski NATO sammitində videobağlantı vasitəsilə iştirak edəcək

Ukrayna Prezidenti Vladimir Zelenski NATO-nun Madriddə keçiriləcək sammitində videobağlantı vasitəsilə iştirak edəcək.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü İspaniyanın xarici işlər naziri Xose Manuel Albares mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, sammitdə Ukraynaya xüsusi sessiya həsr olunacaq.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Zelenskinin Madriddə keçiriləcək NATO sammitinə dəvət edildiyini bildirmişdi.

NATO-nun dövlət və hökumət başçıları səviyyəsində iclas iyunun 28-30-da İspaniyanın paytaxtında baş tutacaq.

İştirakçılar Alyansın yeni strateji konsepsiyasını qəbul edəcək.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ