Zelenski: Ukraynanın 2026–2027-ci illər ərzində nəticələr əldə edəcəyini gözləyirik
7News.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski sosial media hesabında yerli ballistik raketlərin istehsalı ilə bağlı açıqlama verib. İlk nəticələrin 2026–2027-ci illər ərzində əldə olunacağını gözlədiklərini qeyd edən Zelenski, “Ukrayna bu imkana malikdir” deyib.