Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın məşhur "Maşa və Ayı" cizgi serialının yaradıcılarına qarşı sanksiya tətbiq edib.
Sanksiyalar serialın istehsalçısı olan "Animaccord" studiyasına, prodüser Dmitri Loveikoya və animator Oleq Kuzovkova şamil olunub.
Sanksiya siyahısına ümumilikdə beş fiziki və dörd hüquqi şəxs daxil edilib. Onlara qarşı məhdudiyyətlər 10 il müddətinə qüvvədə olacaq.
Qərara əsasən, "Maşa və Ayı" cizgi serialının Ukrayna ərazisində yayımlanmasının qarşısının alınması mümkün olacaq.








