7NEWS.az xəbər verir ki, saat 04:17-də Kahramanmaraşın Pazarcık rayonunda 7,7 Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələdə cəmi itkilərin 4 min 544-ə çatdığı, 26 721 vətəndaşın xəsarət aldığı açıqlanıb. Dövlət İnformasiya Koordinasiya Mərkəzində açıqlama verən prezident Ərdoğan, "Mütəxəssislər deyirlər ki, dünyada zəlzələ ilə bağlı belə bir nümunə yoxdur. Biz əlavə qubernatorlar, rayon qubernatorları təyin etdik. Hər vilayətdə baş verən fəlakətlərə nazirlərimizdən bir nəfər yoldaşlıq edir."-dedi.
7NEWS.az








