Niyaməddin Orduxanlı radikal müxalifətin seçki ilə bağlı verdiyi bəyanata da münasibət bildirib: " bu gözlənilən idi. Radikal müxalifət 23 ildir ki, inkarlıq siyasətini aparır. Bütün rənglərə qara deyirlər. Seçki ilə bağlı özlərinin mətbuat orqanların da bir neçə video yayıblar. Həmin videolar da qanun pozuntuları görünür. Bütün bunları Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırmalıdır və baş vermiş neqativ hadisəyə rəsmi münasibət olmalıdır. Ancaq bir daha qeyd etmək istəyirəm ki, bir neçə qanun pozuntusu bütövlükdə seçki prosesinə heç bir təsir edə bilməz. Seçki çox yüksək şəkildə keçirildi . Bütün bunları beynəlxalq müşahidəcilər də öz bəyanatlarında səsləndirdi. AŞPA-nın referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski öz rəyini bildirdi ki, referendum milli qanunvericiliyə uyğun keçirilib və Azərbaycan Konstitusiyası qanuni və legitim hesab olunur. Səsvermə prosesi şəffaf və yaxşı təşkil olunub, səmərəli və sakit keçib. Səslərin sayılması zamanı ciddi pozuntular qeydə alınmayıb. Biz Azərbaycan xalqının iradəsinə hörmətlə yanaşırıq. Hesab edirik ki, referendumun nəticələri Azərbaycanın təhlükəsiz, stabil və davamlı inkişafı istiqamətində bir addım kimi Azərbaycan xalqının iradəsini ifadə edir. Azərbaycan hökumətini gələcəkdə seçki prosesini daha da inkişaf etdirməyə çağırırıq. Seçkini müşahidə edən bütün beynəlxalq müşahidəçilər eyni rəydə oldular. Radikal müxalifətin verdiyi bəyanatın heç bir əhəmiyyəti yoxdur. "
7News.Az








