RU
12:31
3378

"1 milyona lüt soyunaram" deyən Afaq Aslan ərə gedir

Azərbaycanlı müğənni Afaq Aslan ərə getməyə hazırlaşır.

Müğənni bildirib ki, sonuncu açıqlamasından sonra ona evlilik təklifi edənlərin sayı xeyli artıb. Afaq hazırda təklifləri dəyərləndirdiyini deyib:

"Son zamanlar elə bil bəxtim açılıb. O qədər evlilik təklifləri alıram ki, sayı-hesabı yoxdur. Artıq evlilik təklifləri almaqdan usanmışam. Özü də elə tanınmış insanlar evlilik təklifi edir ki, özüm də təəccüblənirəm. Elə-belə insanlar da deyil: hansı ki, qızlar can atır ki, o insana bir dəfə salam versin, onlar mənə evlilik təklifi edir. Amma bu təklifləri təbii ki, dəyərləndirirəm. Bir insanla pul xatirinə münasibət qura bilmərəm. Milyoner də olsa, mənim ürəyimə yatmadısa onunla ailə həyatı qura bilmərəm. Gələcək həyat yoldaşım o insan ola bilər ki, ad-sanı, hər yerdə hörməti olmalıdır. Elələri var ki, pulu var, amma heç yerdə hörməti yoxdur".

Qeyd edək ki, müğənni bir müddət öncə verdiyi açıqlamasında 1 milyon müqabilində soyuna biləcəyini demişdi.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ