RU
16:55
1664

"100 min dollar verməsən, çılpaq fotolarını yayacağam"

"Hayatı tespih yapmışım" mahnısı ilı məşhurlaşan müğənni Ferman Toprak keçmiş sevgilisi tərəfindən şantaj edilir.

7News.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkan K. ondan ayrılaraq başqası ilə nişanlanan müğənnidən belə qisas almaq istəyib. O, ifaçını çılpaq fotolarını mediaya yayacağı ilə hədələyib.

"100 min dollar verməsən fotoları yayacağam" deyən qadın Fermandan cavab gəlməyincə təhqir dolu mesajlar yazmağa başlayıb. Müğənni bir müddət birgə yaşadığı sevgilisini polisə şikayət edib.

Prokurorluqda dindirilən Türkan etdiklərindən peşman olduğunu dilə gətirib:

"Fermanla sadəcə sevişmək üçün bir yerdə deyildik. Mən onu sevirdim, amma məni tərk etdi. Başqasıyla nişanlandığını eşidəndə dözə bilmədim, ona ziyan vurmaq istədim".

Məhkəmə qarşısında bağışlanılmasını və güzəştə gedilməsini istəyən qadının xahişi Ferman tərəfindən rədd edilib. Haqqında cinayət işi açılan gənc qadını 5 ilə qədər həbs gözləyir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ