"İstəyirəm, maqazin verilişinə baxanda televizorun içinə girib orada danışan müğənnini tutub silkələyim ki, maskanı çıxart. Axı sən elə deyilsən..."
Bu sözləri prodüser Tarix Əliyev (Tolik) rejissor Nail Naiboğlunun "Stop" (Youtube İN TV) layihəsində deyib.
Uşaqlığından danışan prodüser bildirib ki, ata və anası boşanıblar:
"Mənim kimi böyüyən uşaq ya narkotik aludəçisi olmalıydı, ya pis yola düşməliydi. Atamla anam ayrılıblar. Ofisiant da işləmişəm. 16 yaşımda Naxçıvanda bir ailə mənə sənəd düzəldib, Türkiyəyə apardı. Orada rus dilindən tərcüməçi işlədim, 10 dollara gödəkcə satdım. Sonra Azərbaycana qayıtdım, İlhamə Quliyeva məni Röya ilə tanış etdi. Müğənni yanında çanta da, disk də daşımışam. İndikilər işə başlayan kimi adını prodüser qoyur. Bəzi prodüserlər kimi peşka yox, vəzir və topatanam".
Tolik müğənniləri kateqoriyaya bölüb:
"Müğənnilərə demək istəyərdim ki, hərəniz öz təbəqənizdə olun. Aygün Kazımova verilişə gedəndə yanında özünün seçdiyi müğənnilər görürsünüz. Məsələn, Nazəninin ad günündə Aygünü görə bilməzsiniz. Natavan Həbibi ilə küsülü olanda, onu özümüzün olduğu toya salmırdım. Amma başqa toya istəyəndə nömrəsini verirdim".
Prodüser ailə qurmaq istədiyini söyləyib:
"Evlənmək istəyirəm, amma bəziləri kimi yalandan yox. Evlənib arvadı ilə bir evdə yaşamayanlardan olmaq istəmirəm. Bu yaxınlarda atam əməliyyat olanda mənə dedi ki, nəvəm olsaydı, mənə qulluq edərdi. Pis oldum, ağladım. 37 yaşım var, yalançı toy edib, pul yığıb, 3 ay sonra boşana bilmərəm. Elə bir insanla ailə qurmalıyam ki, məni olduğum kimi qəbul etsin. 19 yaşında qız alıb bədbəxt edə bilmərəm. Evlənməsəm, gedib Türkiyədə süni mayalanma ilə uşaq sahibi olacam. Biləcəm ki, öz övladımdır və xoşbəxt yaşayacağam".//axsam.az
7News.az










