RU
Dünya ulduzları Bakıya gəlir
10:48
1205

Dünya ulduzları Bakıya gəlir

Konsertə giriş ödənişsizdir.

Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran Prisinin konsert proqramında iştirak edəcək dünya ulduzlarının adları açıqlanıb.

7News.Az xəbər verir ki, konsert proqramında Kris Braun, Enrike İqlesias və Farrell Uilyams iştirak edəcək.

Onlar “Formula-1” şəhərciyində xüsusi olaraq qurulmuş əsas səhnədə axşam saatlarında müvafiq ardıcıllıqla çıxış edəcəklər.

İyunun 17-də Kris Braun, iyunun 18-də Enrike İqlesias, iyunun 19-da isə Farrell Uilyamsın çıxışı olacaq.

Konsertə giriş ödənişsizdir. Proqramda yalnız Avropa Qran Prisinə bilet alanlar iştirak edə biləcəklər.

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ