Xəzər dənizində zəlzələ olub.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 06:30-da qeydə alınan zəlzələnin maqnitudası 3,9 olub.
Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.








