Azərbaycanın Azeri Light markalı neftinin qiyməti yüksəlib.
Neft bazarının iştirakçılarının məlumatına görə, İtaliyanın Auqusta limanında Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,22 ABŞ dolları və ya 6,4% artaraq bir barel üçün 86,51 ABŞ dollarına çatıb.
Türkiyənin Ceyhan limanında isə Azeri Light markalı neftin FOB bazasında qiyməti 4,79 dollar və ya 6,1% yüksələrək 83,15 ABŞ dolları təşkil edib.
Bununla yanaşı, Urals markalı neftin qiyməti də artıb. Belə ki, göstərici 4,74 dollar və ya 10,1% yüksələrək bir barel üçün 51,67 dollara çatıb.
Şimal dənizində hasil olunan Dated Brent markalı neftin qiyməti isə 5,24 dollar və ya 6,8% artaraq 82,56 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.








