Dünya bazarlarında Azərbaycanın "Azeri Light" markalı neftinin qiymətində artım qeydə alınıb.
Azərbaycan neftinin CIF bazisi üzrə bir barelinin dəyəri 3,29 ABŞ dolları və ya 3,34 faiz bahalaşaraq 101,87 ABŞ dollarına yüksəlib.
Xatırladaq ki, əvvəlki ticarət sessiyasında "Azeri Light" markalı neftin bir bareli 98,58 ABŞ dollarına satılıb.








