Hollivud aktrisası Marqo Robbi ailə qurub.
25 yaşlı aktrisa 3 ildir görüşdüyü kinorejissor Tom Akerliyə ərə gedib.
Cütlüyün toyunun aktrisanın dogma vətəni Avstraliyada baş tutduğu bildirilir. Marqo rəsmi olaraq bu barədə açıqlama verməyib.
Robbi və Akerli 2013-cü ildən görüşür. Kinorejissor və aktrisa bu ilin yayında nişanlanıblar.
Qeyd edək ki, bir müddət əvvəl Marqonun adı aktyor Bred Pittlə hallanıb. Bəzi mənbələr Bredin Ancelina Colidən ayrılmasına səbəb kimi aktyorun Robbidən xoşlandığını iddia edib. /axsam.az
7news.Az









