Tom Kruzla boşandıqdan sonra adı heç bir sevgi dedi-qodularına qarışmayan aktrisa Keti Holmsun şəxs həyatı barədə xəbərlər yayılmaya başlayıb.
37 yaşlı aktrisanın üç ildir aktyor Ceymi Foks ilə sevgili olduğu ortaya çıxıb.
Bu barədə Foksun eks-həyat yoldaşı Klaudiya Cordan məlumat verib. O, qatıldğı proqramda keçmiş ərinin Keti ilə sevgili olduğunu açıqlayıb.
"Ceymi ilə çoxdan yollarımızı ayırmışıq, artıq mənim ən yaxın dostumdur. O, Keti Holms ilə çox xoşbəxtdir", - deyə Cordan qeyd edib./qafqazinfo.az
7News.Az








