RU
30 iyul  Dünya İnsan Alverinə Qarşı Mübarizə Günü qeyd edilib
12:37
1451

30 iyul Dünya İnsan Alverinə Qarşı Mübarizə Günü qeyd edilib

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, ABŞ-ın Beynəlxaq İnkişaf Agentliyi (USAID),               ABŞ Dövlət Deportamentinin Narkotiklər  və Huquq Mühafizəyə dair Beynəlxalq məsəslələr üzrə Bürosu (INL), Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq  ictimaiyyət və vətəndaş cəmiyyəti  30 iyul  Dünya İnsan Alverinə Qarşı Mübarizə Gününü birgə qeyd etdilər. 

30 iyul 2017-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi  ilə  Birləşmiş Millətlər Təşkilatının (BMT) Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən insan alveri, bu məhfumun təhlükəsi və fəsadları haqqında məlumatlılığın artırılması məqsədi ilə "İçərişəhər” Dövlət  Tarixi-Memarlıq Qoruğu İdarəsi ilə birgə   Dünya İnsan Alverinə Qarşı mübarizə günü qeyd edilmişdir. Tədbirdə Azərbaycan  Respublikası Daxili İşlər Nazirliyinin                  İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov,                    BMT-nin Rezident Əlaqələndiricisi  Qulam İshaqzi , ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID ) Azərbaycan nümayəndəliyinin direktoru vəzifəsini müvəqqəti  icra  edən Randall Olson, BMqT Azərbaycan Nümayəndəliyinin rəhbəri Serhan Aktopark iştirak edərək tədbirdə İnsan alverini törədən amillər haqqında və onunla mübarizə yolları barədə çıxışlar etmişlər.                                     Çıxış edən Beynəlxalq Təşkilatların ölkəmizdə olan təmsilçıləri Azərbacan dövlətinin İnsan Alverinə  Qarşı  Mübarizə sahəsində apardığı tədbirləri yüksək qiymətləndirmiş və bu mübarizə mexanizmlərin bir çox ölkələr üçün nümunə ola biləcəyini bəyan etmişlər. Tədbirdə çıxış edən  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi                Heydər Heydərov İdarərinin gördüyü işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi və Cənab Prezidentin İnsan Alverinə Qarşı Mübarizə sahəsində imzaladığı fərman və sərəncamların Milli Koordinatorun bir başa nəzarəti və rəhbərliyi ilə yüksək səviyyədə icra olunmasını bəyan etdi. Tədbirdə bu sahədə çalışan vətəndaş cəmiyyətinin üzvləri, KİV-nin nümayəndələri, gənclər və s. Iştirak edirdilər.  Qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı  Mübarizə Baş İdarəsi  ilə  Birləşmiş Millətlər Təşkilatının (BMT) Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən  belə bir tədbir 28 iyul 2017-ci ildə Gəncə şəhərində də təşkil olunmuşdur.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ