Müğənni Seda Sayan sevgilisi Erkan Çeliklə birgə görünüb.
7News.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 55 yaşlı ifaçı gələcək 7-ci əri ilə yemək yeyərkən paparassilərin obyektivinə düşüblər. Sedanın telefonunun üstündəki romantik foto da diqqətdən qaçmayıb.
Qeyd edək ki, 2011-ci ildə sosial şəbəkədə S.Sayanla tanış olan Erkan İstanbula köçərək burada yaşamağa başlayıb. Onların artıq nişanlandığı deyilir. Bundan əvvəl 6 dəfə evlilik həyatı yaşayan müğənninin bir oğlu var.









