75 yaşlı qadın 80 yaşlı ərindən uşaq doğdu

75 yaşlı qadın 80 yaşlı ərindən uşaq doğdu
Hindistanın Racastan ştatının sakini Prabxa Devi süni mayalandırma yolu ilə hamilə qalıb və 75 yaşında uşaq dünyaya gətirib.

Sonxeber.Az-ın məlumatına görə, yaşı və sağlamlığı ilə bağlı problemi, ərinin ondan beş yaş böyük olması qadını ana olmaq fikrindən daşındıra bilməyib.

75 yaşlı qadın qız körpəsi dünyaya gətirib. Həkimlər hamiləliyin 7-ci ayında qeysəriyyə əməliyyatı ilə körpənin dünyaya gəlməsinə vəsilə olublar. Həkimlər yaşlı qadının artıq bətnində uşaq daşımaqda çətinlik çəkəcəyindən ehtiyat ediblər. Dünyaya gələn körpənin çəkisi 700 qramdır. Hazırda ana və körpə həkim nəzarəti altındadır. Beləcə, Prabxa dünyanın ən yaşlı anası rekordunu qırıb.

Bundan əvvəlki rekord isə 74 yaşlı Hindistan sakini Andxra-Pradeşə məxsus olub. O, əkiz qız övladı dünyaya gətirmişdi.
 

7News.Az

Xəbər lenti