7News.az xəbər verir ki, İkinci Dünya Müharibəsi zamanı 1944-cü ildə Almaniya ordusu tərəfindən batırılmış hərbi gəmi, Avropada hökm sürən quraqlıq səbəbindən su səviyyəsinin tarixi minimuma düşdüyü Dunay çayında 81 ildən sonra yenidən üzə çıxıb. Mütəxəssislər bildirirlər ki, çəkilən sular illərlə su altında qalmış tarixi qalıqları yenidən görünən vəziyyətə gətirib.








