RU
9 illik xoşbəxt ailə boşanma ilə bitdi
17:35
625

9 illik xoşbəxt ailə boşanma ilə bitdi

Türkiyənin məşhur iş adamı Hakkı Talu 9 il əvvəl evləndiyi Leyla Çebidən boşanıb.

7News.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, tərəflər məhkəmədə razılaşaraq bir-birindən təzminat tələb etməyiblər. Bu evlilikdən doğulan 4 yaşlı qızları isə Leylada qalıb. H.Talu qızı üçün hər ay 5 min lirə (təxminən 2500 manat) təzminat ödəyəcək.

Qeyd edək ki, artıq eyni evdə yaşaya bilmədiklərini əsas gətirən cütlük 2007-ci ildə möhtəşəm toy etmişdilər. Bu illər ərzində onlar hər zaman media qarşısına xoşbəxt ailə görüntüsü ilə çıxıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ