Əməkdar artist Abbas Bağırov və klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu arasında qalmaqal yaşanıb.
A.Bağırov "Hər şey daxil" verilişinə telefonla zəng edərək, efirdə qonaq olan Hüseynlə salamlaşmayıb.
Müğənni klarnet ifaçısı ilə münasibətini bitirdiyini deyib:
"Hüseyn yadında saxlasın ki, mənim bir "qara siyahı"m var. Ora 20 ildir münasibətdə olmadığım insanları yığmışam. Hüseyn də o siyahıdadır və onu oradan çıxarmıram".
H.Məhəmmədoğlu küsülülüklərinin səbəbini açıqlayıb:
"Abbasın xətrini çox istəyirəm. Əsas Allahın "qara siyahı"sına düşməyək, bəndəninkinə düşsək də olar. Məni qiyamət maraqlandırır. Hər bir insanın arasında narazıçılıq olar, onu keçmək mümkündür. Bir toy var idi, Abbas məndən soruşdu boşsansa, gedək. Elə oldu ki, çalışdığım Elton Hüseynəliyev və "Nuray" ansamblının işi çxıdı. Hər xırda problem olanda belə ansambl adından mən cavab verirəm, bütün məsuliyyət mənim üstümdədir. Abbasa dedim ki, imkan varsa, məni kənarlaşdır, Moskvaya gedirik. Onun xətrini çox istəyirəm, inciyib, haqqı da var. İnşallah, barışarıq. Lap 10, 20 il keçər barışarıq". //milli.az
7News.az
Videonu izləmək üçün şəklə klikləyin:










