RU
ABŞ-a məxsus sərnişin təyyarəsi şassisiz eniş etdi
09:31
10311

ABŞ-a məxsus sərnişin təyyarəsi şassisiz eniş etdi

Təyyarə hava limanında yerə enərkən alovlanmağa başlayıb.

ABŞ-ın “JetBlue” aviaşirkətinə məxsus “Embraer ERJ-190” sərnişin təyyarəsi Baham adalarında qəza enişi edib.

7News.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, eniş zamanı təyyarənin şassisi açılmayıb.

Təkərləri açılmayan təyyarə hava limanında yerə enərkən alovlanmağa başlayıb.

Yanğınsöndürənlər qısa müddətdə yanğının qarşını alıb.

Göyərtəsində 95 sərnişin və 4 ekipaj üzvünün olduğu təyyarənin Vaşinqton – Nassau marşrutu üzrə uçduğu bildirilir.

İnsident nəticəsində xəsarət olan olmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ