RU
ABŞ alimləri “tarixi nüvə sintezi”nin kəşfini elan etdilər
14:03
150

ABŞ alimləri “tarixi nüvə sintezi”nin kəşfini elan etdilər


7NEWS.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatındakı Lawrence Livermore Milli Laboratoriyasında aparılan təcrübədə qaynaşma reaksiyasını başlatmaq üçün istifadə edilən enerjidən daha çox enerji istehsal edərək ilk dəfə xalis enerji qazancının əldə edildiyi açıqlandı. ABŞ-ın energetika naziri Qranholm qeyd edib ki, füzyon ixtirası tarix kitablarına düşəcək.

ABŞ-ın energetika naziri Cennifer Qranholm, qeyri-məhdud və təmiz birləşmə enerjisinin inkişafı üçün böyük elmi sıçrayış əldə etdiklərini açıqladı.
Qranholm Kaliforniyadakı Lawrence Livermore Milli Laboratoriyasının alimləri tərəfindən sintez enerjisinin kəşfi ilə bağlı mətbuat konfransı keçirib.
Milli Alovlanma Müəssisəsindəki elm adamlarının füzyon alovlanmasında müvəffəq olduğunu ifadə edən Granholm, bunun füzyon reaksiyalarından prosesi başlatmaq üçün istifadə olunan enerjidən daha çox enerji yaratdığını ifadə etdi.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ