RU
ABŞ Avstraliyaya hərbi təyyarələrini yerləşdirəcək
16:46
21

ABŞ Avstraliyaya hərbi təyyarələrini yerləşdirəcək


7NEWS.az xəbər verir ki, Cənub-Şərqi Asiyada ABŞ və Çinlə müttəfiqləri arasında gərginlik davam edərkən, Vaşinqton administrasiyası Avstraliyanın şimal ərazisində genişləndirilmiş Kral Hərbi Hava Qüvvələri bazasına 6 nüvə tutumlu B-52 bombardmançı təyyarəsini yerləşdirəcəyini açıqladı.

Son aylar ABŞ Nümayəndələr Palatasının Nensi Pelosinin Tayvana rəsmi səfəri Çinlə gərginliyi sürətləndirib.

Avstraliya hökuməti Vaşinqton administrasiyası tərəfindən maliyyələşdirilən yeni layihə çərçivəsində 6 ədəd B-52 təyyarəsinin ABŞ Hərbi Hava Qüvvələri tərəfindən ölkənin Şimal Ərazisində Darvin şəhərindən 320 kilometr cənub-şərqdə yerləşən Tindal hərbi aviabazasına yerləşdirilə biləcəyini açıqlayıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ