ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel ölkəsinin Polşada və 1997-ci ildən sonra NATO-ya daxil olan digər ölkələrdə nüvə silahı yerləşdirməyi planlaşdırmadığını bildirib.
7NEWS.az xəbər verir ki, Patel bugünkü mətbuat konfransında deyib: "Biz bilmirik ki, bu məsələ danışıqlar zamanı gündəmə gətirilib. Amma deyə bilərəm ki, ABŞ 1997-ci ildən sonra NATO-ya daxil olan ölkələrin ərazisində nüvə silahı yerləşdirməyi planlaşdırmır”.
7NEWS.az








