RU
ABŞ-da məşhur müğənnini güllələdilər
10:54
1464

ABŞ-da məşhur müğənnini güllələdilər

ABŞ-ın Florida ştatında naməlum şəxs konsertdən sonra müğənni Kristina Qrimini güllələyib. O, daha sonra özünə qəsd edib.

7News.az `CNN`-ə istinadən xəbər verir ki, hadisə iyunun 10-da axşam saatlarında Orlondoda baş verib.

“Before You Exit” qrupunun üzvləri konsertdən sonra fanatlarına avtoqraf verdikləri zaman naməlum şəxs müğənni Kristinaya atəş açıb. 

İfaçının qardaşı atəş açan kişini tutmağa cəhd etsə də, naməlum şəxs özünü güllələyib. Cinayətkar hadisə yerində ölüb. Müğənninin vəziyyətinin kritik olduğu bildirilir. 

Polisin məlumatına görə, kişinin üzərində iki odlu silah olub. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir. 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ