RU
ABŞ-da nümayiş təyyarələrinin havada toqquşması nəticəsində 6 nəfər ölüb
13:12
30

ABŞ-da nümayiş təyyarələrinin havada toqquşması nəticəsində 6 nəfər ölüb


7NEWS.az xəbər verir ki, ABŞ-ın Texas ştatında ötən gün havada toqquşan iki Boeing B-17 və Bell P-63 tipli nümayiş təyyarəsində 6 nəfərin həyatını itirdiyi bildirilib. Dallas Rayon Hakimi Clay Jenkins, Dallas İcra Aeroportunda təşkil edilən hava şousu zamanı baş verən qəza ilə bağlı açıqlama verərək, "Səlahiyyətlilər mərhumun təhqiqatı və şəxsiyyətinin müəyyən edilməsi üçün bu gün işlərinə davam edəcəklər" deyib. Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi açıqlamada, hava şousu zamanı Dallasdan təxminən 16 kilometr aralıda iki təyyarənin havada toqquşduğu qeyd edilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ