RU
ABŞ Çin, Honq-Konq və BƏƏ-yə sanksiya tətbiq edib
15:04
14

ABŞ Çin, Honq-Konq və BƏƏ-yə sanksiya tətbiq edib


ABŞ hökuməti İranın neft-kimya və neft satışlarını dəstəkləyən Çin, Honq-Konq və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən şirkətləri hədəf alan sanksiyaları açıqlayıb.

7NEWS.az xəbər verir ki, ABŞ İranın neft-kimya və neft satışını dəstəkləyən Çin, Honq-Konq və Birləşmiş Ərəb Əmirliklərində yerləşən şirkətlərə sanksiya tətbiq etmək qərarına gəlib. ABŞ Maliyyə Nazirliyi bəyanat yayaraq, sanksiyalar üçün təyin edilmiş 13 şirkətin İran Milli Neft Şirkəti də daxil olmaqla ABŞ sanksiyaları altında olan İran şirkətləri adından Şərqi Asiyada yüz milyonlarla dollar dəyərində İran neft-kimya məhsulları və neft məhsullarının satışını asanlaşdırdığını bildirib. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ