7NEWS.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) ABŞ-ın Kaliforniya ştatında Rio Dell bölgəsindən 15 kilometr cənub-şərqdə 5,4 bal gücündə zəlzələnin baş verdiyini bildirib. USGS zəlzələnin təxminən 30 kilometr dərinlikdə baş verdiyini bildirib. Zəlzələdə can və ya mal itkisi barədə hələlik məlumat verilməyib.
7NEWS.az








