7NEWS.az xəbər verir ki, Misirdəki Əbu Sir nekropolundan 2008-ci ildə Almaniya üzərindən qaçaqmalçılıq yolu ilə ABŞ-a gətirilən qədim sarkofaq öz evinə qayıdıb. "Yaşıl tabut" olaraq xarakterizə edilən 2 metr 9 santimetr uzunluğundakı sarkofaq Misirə qaytarılıb. Misir Turizm və Qədim Əsərlər Nazirliyindən verilən açıqlamada sarkofaqın Son Dövrə (e.ə. 664-332) aid Ankh İn Maat adlı keşişə aid olduğu bildirilib. Bildirilib ki, 2013-cü ildə oğurlandıqdan sonra kolleksiyaçı tərəfindən Hyuston Təbiət Elmləri Muzeyinə verilən taxta, zərli ornamentli və heroqlif yazıları olan sarkofaq tədqiq və mühafizə olunmaq üçün Qahirədə Misir Muzeyində saxlanılacaq.
7NEWS.az








