RU
Ağcabədidə 33 yaşlı kişi kanalda batdı
12:10
33

Ağcabədidə 33 yaşlı kişi kanalda batdı

Ağcabədidə 33 yaşlı kişi kanalda batıb.

 Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə iyulun 26-da Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda 1993-cü il təvəllüdlü Orxan Feyruz oğlu İbrahimovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar davam etdirilir.

Əlavə məlumat veriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ