RU
Ağcabədidə traktor dirəyə çırpılıb, ölən var
12:00
37

Ağcabədidə traktor dirəyə çırpılıb, ölən var

Ağcabədi rayonunun Qaraxanlı kəndində bədbəxt hadisə baş verib.

 1993-cü il təvəllüdlü Tahir Əliyevin idarə etdiyi traktor elektrik dirəyinə çırpılıb. Hadisə zamanı traktorun pilləkənində dayanan həmkəndlisi Faiz Rzayev müvazinətini itirərək təkərin altında qalıb və ağır xəsarətlər alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ