RU
Çad
09:46
23

Çad "ASAN xidmət" təcrübəsini öyrənmək istəyir


Çad Respublikasının iqtisadiyyat, maliyyə, büdcə və beynəlxalq əməkdaşlıq naziri Tahir Hamid Nguelinin rəhbərlik etdiyi nümayəndə heyəti "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. 


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ceyhun Salmanov qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.


Qonağa "ASAN xidmət” mərkəzlərinin fəaliyyətində tətbiq olunan müxtəlif texnoloji həllər ilə bağlı təqdimat edilib. Milli brendimiz olan ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalandığı diqqətə çatdırılıb.

Qarşı tərəf Azərbaycanın "ASAN xidmət” təcrübəsinin öz ölkələrində tətbiqində maraqlı olduğunu bildirib. 


Qonaqlar "İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin,"ABAD" publik hüquqi şəxsin və "Bilim Bakı" mərkəzinin fəaliyyəti fəaliyyəti ilə də tanış olublar.
 


 
 
 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ