Övladları anası ilə qalacaq.
Dünyanın məşhur modeli Adriana Lima həyat yoldaşından rəsmən boşanıb.
7News.az-ın məlumatına görə, cütlük hələ 2014-cü ildə ayrıldıqlarını elan edib.
35 yaşlı model Adriana Lima və basketbolçu Marko Yariç arasında boşanma məhkəməsi Manhettendə baş tutub. İki uşağı olan cütlük rəsmi şəkildə boşanıb. Məhkəmədə verilən digər qərarlar barədə məlumatlar gizli saxlanılıb. Bildirilir ki, məşhurların övladları 6 yaşlı Valentina və 3 yaşlı Siyena anası ilə qalacaq. Hazırda Adriana Lima karyerası ilə ciddi məşğuldur. Onun şəxsi həyatı ilə bağlı məlumat isə gizli saxlanılır. Lakin bir müddət əvvəl model Mayamidə naməlum bir şəxslə öpüşərkən görüntülənib. Marko Yariçin isə serbiyalı model Duşiko Saviçlə sevgili olduğu deyilir.
Adriana Lima və Yariç 2009-cu ildə evləniblər. Son zamanlar Adriananın müğənni Castin Biberlə yaxın olduğu deyilir. Adriana Lima 2013-cü ildə Bakıda olub. O, paytaxtın brend mağazalardan birinin açılışı üçün gəlib.








