RU
ADTGT erkən nikahlarla bağlı regionlarda yeni layihənin icrasına başladı
13:28
668

ADTGT erkən nikahlarla bağlı regionlarda yeni layihənin icrasına başladı

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Erkən nikahlarlara qarşı maarifləndirməyə ailədən və təhsildən başlayaq” layihəsinin icrasına başlamışdır. Geniş maarifləndirmə, sosial reklam və PR xarakterli aksiyalarla həyata keçiriləcək layihə Ucar, Bərdə, Şamaxı və Salyan rayonlarını əhatə edəcəkdir.

 

3 (üç) ay davam edəcək fəaliyyətlərə ilk olaraq regionlarda erkən nikahların obyektiv mənzərəsinə aid ictimai monitorinq və sosioloji sorğuların aparılması, bölgələrdə aidiyyətli yerli hakimiyyət strukturları təmsilçilərinin, təhsil, səhiyyə, mədəniyyət, gənclər, ədliyyə, hüquq-mühafizə orqanları və fəal ictimaiyyət nümayəndələrinin, ailə, ağsaqqal və din institutu üzvlərinin, KİV, digər qurum və ictimai fəalların iştirakı ilə məlumatlandırıcı, təbliğati, qınaq xarakterli ictimai müzakirələrin keçirilməsi, gənclərin iştirakı mövzuya dair seminar-təlimlərin təşkili, sosial şəbəkələrdə, KİV və sosial mediada xüsusi PR kampaniyalarının aparılması və virtual ictimai debatların təşkili daxildir. Layihə çərçivəsində zəngin bilgi və hüquqi informasiyaların əks olacağı "Erkən nikahlar: ictimai qınaq və maarifləndirmə” adlı kitabçanın nəşri və yayıımı da həyata keçiriləcəkdir.

 

Layihənin məqsədi regionlarda yeniyetmə və gənc qızlar və oğlanlar arasında erkən nikahların yayılmasına "YOX” demək, onların özlərini və valideynlərini bu cür zərərli addımlardan çəkindirmək, bölgələrdə müxtəlif strukturların iştirakı ilə ictimai qınaq, ictimai maarifləndirmə kampaniyasına və digər sosial aksiyalara başlamaqdır. Layihənin digər məqsədlərindən biri də bölgələrdə yeniyetmə qız və oğlanlar arasında təhsilə və peşə vərdişlərinə maraq və motivasiya yaratmaqdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ