RU
ADTGT-nin Gəncə hadisələri ilə bağlı açıqlması
18:44
1390

ADTGT-nin Gəncə hadisələri ilə bağlı açıqlması

Son günlər Gəncə şəhərində baş vermiş terror aktları, iğtişaşlar və sosial şəbəkələr vasitəsilə dövlətçilik və konstitutsion quruluşa qarşı çağırışlar edənlər barədə Azərbaycan Demokratik Tələbə Gənclər Təşklatının (ADTGT) sədri Asif Əsgərli rəhbərlik etdiyi QHT adından rəsmi açıqlama yaymışdır.

Açıqlamada Gəncə şəhərində baş verən bu son 2 qanlı terror hadisəsi və iğtişaş kəskin şəkildə pislənilir, qanunsuz, dini-radikal və ekstremist yöndə çağırışların milli dövlətçiliyimizə və Azərbaycanın müasir inkişafına, regionda və beynəlxalq aləmdə nüfuzunun artmasına, müstəqil siyasi, iqtisadi kursuna qarşı yönəldiyi bildirilir.

2018-ci ilin aprelində ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsi və cənab İlham Əliyevin xalqın böyük dəstəyi ilə yenidən Azərbaycanın dövlət başçısı seçilməsi bir çox xarici dairələrin, ölkəmizdə sabitliyin, davamlı inkişafın pozulmasında maraqlı olan qüvvələrin və onların "azərbaycanlı dəstəkçiləri”nin təxribat, pozuculuq və terror-iğtişaş planlarını qabaqlamışdı. Lakin xaricdəki havadarlarının diktəsilə hərəkət edən sosial şəbəkə diversantları çirkli əməllərini davam etdirərək, hər zaman dövlətçiliyə və konstitutsion quruluşa qarşı çağırışlar edir, insanları itatətsizliyə sövq edirdilər. Eyni zamanda bu arada xaricdə xüsusi təlim almış, ölkəmizdə maraqları olan dövlətlərdə qatil və ekstremist kimi "formalaşmış” Yunus Səfərovun Gəncə şəhərində terror hadisəsi törədərək, icra hakimiyyətinin başçısını və polis əməkdaşını ağır yaralaması Azərbaycanda ciddi əks-səda, vətəndaşlarda və digər ictimaiyyət nümayəndələrində kəskin etiraz hissləri doğurdu. Bu azmış kimi, terrorçunu "qəhrəmanlaşdıran” bəzi sosial şəbəkə "həmfikirləri” ölkədə və xüsusilədə Gəncə şəhəri sakinləri arasında təxribat, qarşıdurma, iğtişaş və qarşılıqlı münaqişəyə səslənən fikirlər yaymağa başladılar. Bunun nəticəsində 3 gün bundan öncə Gəncə şəhərində qanunsuz çağırışlarla 200-ə yaxın dini-radikal şüarlı (əslində ekstremist-terrorçu şuarlı) və müxtəlif kəsici-deşici və küt alətlərlə silahlanan qrup asayiş keşikçilərinə hücum edərək, 2 yüksək rütbəli polis zabitini öldürmüş, bir neçə nəfəri yaralamış və digər xəsarətlər yetirmişlər. Qısa vaxtda hüquq-mühafizə orqanları tərəfindən asayiş-qanunçuluq tam bərpa edilərək, cinayətkarlar haqda lazımi tədbirlər görülmüşdür. 

Bütün bu hadisələr, qanlı sonluqlarla başa çatan terror və iğtişaşlar Azərbaycan dövlətçiliyinə qarşı çevrilməklə yanaşı, onun müsbət imicinə, dini-mənəvi dəyərlərə hər zaman önəm verən ölkəmizin nüfuzuna zərbə vurmaq və dövlətimizin etibarlı tərəfdaş statusunu zədələmək məqsədilə atılan addım, əvvəlcədən düşünülmüş ssenaridir. Lakin Azərbaycan xalqı hər zaman dövlətinin, dövlətçiliyinin, konstitutsion quruluşunun müdafiəsinin yanındadır və istənilən bu kimi terror, iğtişaş və təhdidlərə qarşı hər zaman birdir, vahiddir.

Heç bir xarici və daxili təhlükə dövlətimizin, onun prezidenti cənab İlham Əliyevin müstəqil siyasi və iqtisadi kursunu yolundan döndərə bilməz və ölkəmiz öz inkişaf yolu ilə regionda və beynəlxalq aləmdə möqey və rolunu göstərəcəkdir.

 

  Asif Əsgərli

ADTGT sədri   

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ