Tanınmış jurnalist Sara Safura təzyiqlərə məruz qalıb.

 
 

7News.Az xəbər verir ki, jurnalistin müğənni Afət Fərmanqızının nikah kəsdirdiyi şəxslə bağlı açıqladığı faktlar qarşı tərəfin xoşuna gəlməyib.

"Mənə zənglər oldu, hətta hədələdilər. Amma qorxmuram, əlimdə yeni faktlarım var”- deyən S.Safura nəinki geri çəkilib, bir qədər də irəli gedərək, Fərmanqızının ərə gedəcəyi Hacı Roma (Ramal Hüseynov) ləqəbi ilə tanınan şəxslə bağlı yeni iddialar səsləndirib.

Həmin adam hansı varlı xanımla sevgilidir? O, həmin qadına yazdığı sevgi mesajlarında nəyi etiraf edib?

Xatırladaq ki, S. Safura Afət Fərmanqızının ailə quracağı kişinin bir çox varlı xanımları tilovuna salması, maddi imkanlarından istifadə edəndən sonra atması barədə iddialar səsləndirib./yenicag