Məşhur insanların başı həmişə qalmaqalda olur. Ailəsinə, övladlarına söz-söhbət çıxardırlar.
7News.Az xəbər verir ki, bu sözləri "Hər şey daxil"də meyxanaçı Aqşin Fateh deyib.
Meyxanaçı bu addımının səbəbini belə izah edib:

"Mən sosial mediadan ailəmi həmişə ona görə gizlətmişəm, qorumuşam. Şər, paxıl insanların gözündən, dilindən uzaq olmaq üçün bunu edirəm.
Bir dəfə mən tək Vasif Əzimovun toyuna ailəmlə getmişəm. Bilirəm ki, Vasif ehtiyatlı adamdır. Mən heç çox qohumların toyuna ailəmlə, həyat yoldaşımla bir yerdə getmirəm. Tək gedib iştirak edirəm".
7News.Az








