Sinə xərçənginə yoluxan türkiyəli aktrisa Canan Ergüder son vəziyyəti ilə bağlı paylaşım edib. 

Aktrisa şəxsi "Instagram" hesabında anası ilə fotosunu paylaşaraq bunları yazıb:

"Kimyaterapiya bitdi. Hər şey yolundadır. Axtaran, soruşan, mesaj yazan, dua edən hər kəsə sevgilər".   

Canan Ergüder bu xəstəliyə yoluxandan sonra "Menajerimi ara” adlı serialdan ayrılmaq qərarı verib.