Aktrisa ərinə cırmaq atdığına görə həbs olundu - FOTO

Aktrisa ərinə cırmaq atdığına görə həbs olundu - FOTO

Aktrisa ərini döydüyünə görə saxlanılıb.

7News.Az CNN-ə istinadla xəbər verir ki, 1995-ci ilin istehsalı olan "Clueless" filmi ilə şöhrət qazanan ABŞ-lı aktrisa Steysi Daş (Stacey Dash) ailədaxili münaqişəyə görə təcridxanaya göndərilib.

Aktrisa əri Cefri Martini (Jeffrey Marty) cırmaqladığına, onu şillələdiyinə görə tutulub. 52 yaşlı aktrisa 1 sutka həbs cəzası alıb. O, 24 saat təcridxanada qaldıqdan sonra 500 dollar ödəmək şərtiylə azadlığa buraxılıb.

Qeyd edək ki, aktrisa Cefri ilə aprel ayında ailə qurub. Bu, aktrisanın ikinci evliliyidir. Onlar tanış olduqdan 10 gün sonra evləniblər. Steysinin indiki əri hüquqşünasdır.

 

7News.Az

 

 

 

Xəbər lenti