RU
Aktyor 9-cu dəfə ata oldu
11:23
1322

Aktyor 9-cu dəfə ata oldu

Aktyor Eddi Merfi və model Peyc Batçerin qızları dünyaya gəlib.

7News.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Los-Ancelesdə anadan olan körpəyə İzzi Una adı verilib. Aktyor ana və uşağın vəziyyətinin yaxşı olduğunu deyib.

Qeyd edək ki, bu, 36 yaşlı Peycin ilk, 55 yaşlı Eddinin isə 9-cu uşağıdır. Hollivud ulduzunun keçmiş sevgililərindən iki oğlu (Erik və Kristian), Nikol Mitçellə evliliyindən isə 5 uşağı (Bri, Mayls, Şeyn, Zola, Bella) var. Onun Melani Braundan da Encel Ayris adlı qızı dünyaya gəlib. Lakin Eddi hələ atalıq testi etmədiyi üçün onu övladı kimi tanımır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ