Türkiyəli məşhur aktyor, kurtlar vadisi serialından da yaxşı tanıdığımız Oktay Kaynarca yenə jurnalistlərlə kobud davrandığı üçün xəbər mövzusu olub.
Bu dəfə aktyor daha da irəli gedərək şou müxbirinin üzərinə avtomobilini sürərək onu vurub.
7News.Az bildirir ki, aktyor tıxacda sarışın bir qadınla birlikdə paparassilərin hədəfinə düşüb. Bir müddət əvvəl aktrisa, hazırda “eşkiya dünyaya hükumdar olamaz” serialında baş rolu paylaşdığı Deniz Çakır ilə sevgili olduğunu elan edən aktyor kameraların çəkdiyini gördükdə özünü itirib və maşını jurnalistlərin üstünə sürüb. Nəticədə jurnalistlərdən birinin ayağı əzilib və müxbir məhkəməyə müraciət edib. Buna oxşar hadisə 2006-cı ildə də baş vermişdi. Həmin vaxt Oktay Kaynarca 4 şou müxbirini döymüşdü. 2010-cu ilə kimi davame dən məhkəmə prosesinin sonunda aktyor 1800 Tl yəni, 960 manat məbləğində cərimə olunmuşdu.
7News.Az








