RU
lombard
Alimlərdən koronavirus haqqında DAHA BİR YENİLİK - Bu yolla ölümün qarşısı alına bilər
18:00
254

Alimlərdən koronavirus haqqında DAHA BİR YENİLİK - Bu yolla ölümün qarşısı alına bilər

Verona və Padua Universitetlərinin mütəxəssisləri koronavirus səbəbiylə ölüm ehtimalını təyin etmək üçün yeni bir texnika kəşf ediblər.

7News.Az ölkə.az-a istinadən xəbər verir ki, onlar COVID-19-a yoluxan insanların qanında trombosit sayını araşdırıblar. Alimlər vəziyyəti ağır olan 399 nəfərin xəstəlik tarixçəsini araşdırdıqdan sonra qanda trombositlərin az miqdarının ciddi xəstəlik və ölüm riskini artırdığı qənaətinə gəliblər.

Rus mütəxəssislər də bu üsulun koronavirusa yoluxan xəstələrin sağlamlığının qiymətləndirilməsində perspektivli ola biləcəyinə inanırlar.

İnsanlar bu analizdən istənilən xəstəxanada asanlıqla keçə bilərlər.  

 

Bundan başqa alimlərin fikrincə, qanda trombositlərin sayı hemostatik sistemin vəziyyətini, qanın maye vəziyyətini qorumaq və qanaxmanı dayandırmaq üçün cavabdeh olan bəzi məqamları əks etdirir. Elm adamlarının fikrincə, zamnında trombositləri müalicə etməklə, ölüm sayını minimuma endirmək olar.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ